Güləşçimiz beynəlxalq turnirin bürünc medalını qazandı

İdman

05.10.2024 09:56

Qazaxıstanda yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilir. 

TodayPress xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda Azərbaycanın U-20 milli komandasının güləşçiləri iştirak edir.

Yunan-Roma güləşçisi Kamran Rəcəbli (72 kq) Çimkənd turnirinin bürünc medalını qazanıb. 

Qeyd edək ki, turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri də mübarizə aparır.

Namiq HUN

tag: Qazaxıstan ,Yunan, Güləş ,Özbəkistan, Qırğızıstan, Çin ,todaypress.az,