Güləşçimiz Avropa çempionatının qalibi oldu
İdman
06.07.2024 22:22
Serbiya güləş üzrə U-20 Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Novi Sad turnirinin növbəti
yarış günü sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da medalçılar müəyyənləşib.
Xetaq Karsanov (97 kq) finalda rusiyalı Şaxman Nuxayevlə
üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qazanan Xetaq Avropa
çempionatının qızıl medalına sahib çıxıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla
qarşılaşıb. Həlledici görüş xala-xal prinsipiylə keçib. Yekunda 6:8 hesabıyla məğlub
olan Vasif gümüş medalla kifayətlənib.
Namiq HUN
tag: Güləş, Xetaq Karsanov, Novi Sad, Avropa çempionatı, todaypress.az,