Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
TodayPress xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.
Qeyd edək ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
tag: Azərbaycan, Güləş, Bürünc, Medal, Bolqarıstan, Ramazan Ramazanov, todaypress.az,