Güləşçilərimizin olimpiada nəticələri
Bu gün Paris Olimpiadasında güləş yarışları start götürəcək.
TodayPress xəbər verir ki, müstəqil ölkə kimi iştirak etdiyimiz 7 Olimpiadada güləşçilərimiz 25 medal qazanıb.
Bu medallardan 4-ü qızıl, 8-i gümüş, 13-ü isə bürüncdür.
Medalların əyarına görə, London 2012, sayına görə isə Rio 2016-da qazanılan uğur ən yaxşı nəticədir.
Güləşçilərimiz XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Rioda isə pəhləvanlarımız 3 gümüş və 6 bürünc medala sahib olub.
Xatırladaq ki, milli komandamız Atlanta 1996-da 1 gümüş, Sidney 2000-də və Afina 2004-də 1 qızıl, Pekin 2008 və Tokio 2020-da isə 1 gümüş, 2 bürünc medal qazanıb.
Namiq HUN
tag: Medal, Gümüş, Qızıl,Güləş, Paris, todaypress.az,