Güləşçilərimiz Dünya seriyasında 2 gümüş medal qazandılar
İdman
22.07.2024 17:40
Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi keçirilib.
TodayPress xəbər verir ki, yarışda Azərbaycanı Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
Rəşid Babazadə finala qədər qarşısına çıxanı quma çırpıb. Həlledici görüşdə türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan Babazadə turnirin gümüş medalına sahib çıxıb.
İbrahim Yusubov da yalnız finalda büdrəyib. Dünya çempionu həlledici görüşdə moldovalı Trayan Kapatinaya məğlub olaraq (2:4) növbəti dəfə gümüş medalla kifayətlənib.
Komandamız 52 xalla ikinci yeri tutub. Millimiz çempion olan Türkiyədən cəmi 2 xal geri qalıb. İlk üçlüyü 45 xalla ABŞ komandası tamamlayıb.
Namiq HUN
tag: Güləş, Azərbaycan, Rəşid Babazadə,Gümüş Medal, İbrahim Yusubov, todaypress.az,