Güləşçilərimiz Bolqarıstanda keçirilən turnirdə iki medal qazandılar
İdman
24.01.2025 23:11
Azərbaycan güləşçiləri Bolqarıstanın Varna
şəhərindəki "Dan Kolov - Nikola Petrov" turnirində iki medal qazanıb.
TodayPress xəbər verir ki, Sadiq Mustafazadə (92 kq)
dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova
qalib gəlib - 7:4.
Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova
heç bir şans tanımayıb - 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla
gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb - 8:7. Sonuncu turda
gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş
medal əldə edib.
Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində
bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5)
tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4
hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0)
üstələyərək turniri bürünc medalla başa vurub.
tag: Bolqarıstan,Varna, Güləş,Azərbaycan, Medal, todaypress.az,