Güləşçilər yeni təqvim ilini “Zaqreb Open” turniri ilə açacaqlar

İdman

09.01.2025 17:59

Güləş üzrə Azərbaycan yığma komandasının Xorvatiyada keçiriləcək  “Zaqreb Open” turniri üçün ilkin heyəti açıqlanıb. 

TodayPress Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, fevralın 5-9 aralığında keçiriləcək ilk turnirdə 14 pəhləvanımız bacarığını göstərəcək. 

Sərbəst güləş yığmamız Zaqrebə tam heyətlə yollanacaq. Güləşçilərimiz 10 çəki dərəcəsində turnirin medalları uğrunda mübarizə aparacaq.

“Zaqreb Open”də sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Əşrəf Aşırov (79 kq), Cəbrayıl Hacıyev (86 kq), Abubakr Abakarov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalçaya çıxacaq.

Yunan-Roma güləşi üzrə milli komandanın isə 4 üzvü ilin ilk yarışına qatılacaq. 

Yunan-Roma güləşçilərindən Xorvatiya paytaxtında ölkəmizi Eldəniz Əzizli (55 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq) və Ruslan Asif Abdullayev (72 kq) təmsil edəcək. 

Namiq HUN

tag: Güləş, Federasiya, Turnir ,Xorvatiya ,todaypress.az,