Güləşçilər Rusiyada 8 medal qazandılar
Rusiyada keçirilən “Asiya Uşaqları” İdman Oyunlarında güləş yarışlarına yekun vurulub.
TodayPress xəbər verir ki, U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.
U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə turnirin bürünc medalına sahib çıxıb.
Nəticədə güləşçilərimizin İdman Oyunlarından qazancı 1 qızıl, 2 gümüş və 5 bürünc medal olub.
Namiq HUN
tag: Asiya Uşaqları, İdman Oyunları, yunan-Roma, Güləş, İdman, todaypress.az,