Güləşçilər Rusiyada 2 gümüş və 1 bürünc medal qazandılar
İdman
25.09.2024 17:55
Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
TodayPress xəbər verir ki, Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda ölkəmizi 6 güləşçi təmsil edib.
Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.
Milli üzvlərindən Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) turnirin final mərhələsinə yüksəliblər. Ancaq güləşçilərimiz zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan ,Avropa, Çempion ,Rusiya ,Tümən ,Eldəniz Əzizli, Ülvi Qənizadə ,todaypress.az,