Güləşçilər Bratislavada xalça üzərinə çıxacaqlar

İdman

03.04.2025 17:02

1150

Güləş üzrə Azərbaycan yığma komandasının Slovakiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.   

TodayPress xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb. 

Aprelin 7-dən 13-dək keçiriləcək Bratislava turnirində xalça üzərinə sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) çıxacaqlar. 

Qadın güləşçilərin turnirində Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar. 

Yunan-Roma güləşçilərinin turnirində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) xalça üzərində bacarıqlarını göstərəcəklər.   

Namiq HUN

tag: Güləş,Azərbaycan,Bratislava,Çempionat,Todaypress.az,