Güləşçi qızların Antalya sınağı
Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kuboku keçiriləcək.
TodayPress xəbər verir ki, U17 yaş qrupu üzrə mayın 2-də start götürəcək ənənəvi yarışda 9 güləşçi qızdan ibarət komandamız qələbə uğrunda mübarizə aparacaq.
Üç gün davam edəcək turnirdə xalça üzərində Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) uğur qazanmağa çalışacaq.
Namiq HUN
tag: Güləş,Qızlar,Antalya,Yarış,Todaypress.az,