Güləş millisi mundialı 2 qızıl, 3 gümüş və 3 bürünc medal bitirdi

İdman

28.10.2024 09:11

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı başa çatıb.

TodayPress Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mundiala sərbəst güləş üzrə milli komandamızın çıxışı ilə yekun vurulub. 

Sərbəst güləşçilərimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla bitiriblər. 

Yarışın baş mükafatını komandamıza Maqomed-Başir Xaniyev qazandırıb. O, dünya çempionatının finalında rusiyalı Maqomed Eltemirova (AİN) 5:4 hesabıyla qalib gəlibb. 

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında İran və Yaponiyadan sonra dünya üçüncüsü olub. 

Ümumi hesabda isə Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. 

Qeyd edək ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılan bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrin əldə ediləcəyinə inam yaradır.

Namiq HUN

tag: Maqomed-Başir Xaniyev, Azərbaycan,Yarış, Çempionat, Albaniya, todaypress.az,