Gülerin səbr kasası daşdı
İdman
12.11.2024 16:40
“Real Madrid” klubunda kifayət qədər oyun şansı almayan türk futbolçu Arda Güler gələcəyi ilə bağlı qərarını verib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinə icarəyə göndərilməyini istədiyini bildirib.
Onun keçmiş klubu “Fənərbağça”ya qayıda biləcəyi vurğulanıb.
Qeyd edək ki, Arda 2023-cü ilin yayında İstanbul təmsilçisindən “Real”a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız ötən qış komandada debüt edə bilib.
19 yaşlı futbolçu cari mövsüm “kral klubu”nun heyətində 12 matçda iştirak edib. 307 dəqiqə meydanda olan Arda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Namiq HUN
tag: Arda Güler,Fənərbağça, Kral Klubu, Real Madrid, todaypress.az,