Güler Türkiyə çempionatına qayıda bilər
İdman
04.11.2024 17:32
“Real Madrid” klubunun yarımmüdafiəçisi Arda Güleri Türkiyə klubu icarəyə götürmək istəyir.
TodayPress “Todofichajes”ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun transferində keçmiş klubu “Fənərbağça” maraqlıdır.
İstanbul təmsilçisi Güleri icarəyə götürmək istəyir.
“Transfermarkt” portalında Ardanın hazırki bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Ardanın “kral klubu” ilə müqaviləsi 2029-cu il iyun ayının sonunda başa çatacaq.
Namiq HUN
tag: Real Madrid, İstanbul, Arda, Transfermarkt, Kral Klubu, todaypress.az,