Güler “Real”dan ayrılır?
Türkiyə millisinin futbolçusu Arda Güler “Real Madrid” klubundan ayrıla bilər.
TodayPress “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, yeni mövsümdə italiyalı baş məşqçi Karlo Ançelotti komandada qalsa, yarımmüdafiəçi “kral klubu”u ilə vidalaşacaq.
20 yaşlı futbolçu bu barədə “Real”ın prezidenti Florentino Peresi də məlumatlandırıb.
Arda Güler cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.
O, ötən müddət ərzində 33 matçda meydana çıxıb.
Yarımmüdafiəçi 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Real Madrid,Arda Güler,Karlo Ançelotti,Vida,Todaypress.az,