Güler braziliyalıların “qurbanı”na çevrilib - İDDİA

İdman

02.10.2024 14:35

Türkiyəli futbolçu Arda Güler "Real”dan ayrılmağı düşünür. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisi ilə vidalaşmaq variantını nəzərdən keçirməsinə səbəb braziliyalı Endrikin transferi olub. 

Onun gəlişindən sonra digər “sambaçılar” Eder Militao, Vinisius Junior və Rodriqo həmyerlilərinin meydana çıxması üçün çalışırlar.

"Atletiko" ilə Madrid derbisində baş məşqçi Karlo Ançelottinin əvəzetmələri geniş müzakirələrə səbəb olub. 

İspaniya mətbuatı topa nəzarət etmək və özündə saxlamaq bacarığı olan Ardanı deyil, Endrikin meydana daxil olmasını sərt tənqid edib. Türkiyəli futbolçunun cənubi amerikalıların “qurbanı”na çevrildiyi bildirilib. 

Namiq HUN

tag: Madrid ,Eder Militao ,Junior, Arda Güler ,Atletiko ,todaypress.az,