Güler Avropa nəhənglərinin hədəfində
“Real Madrid” klubunun və Türkiyə millisinin futbolçusu Arda Güler Avropanın üç nəhəng klubunun maraq dairəsinə düşüb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, yarımmüdafiəçini “Bavariya”, “Liverpul” və “Mançester Yunayted” klubları heyətinə qatmaq istəyir.
Cari mövsüm nadir hallarda meydana çıxan Gülerin özü də “kral klubu”ndan ayrılmaq, daha çox oynaya biləcəyi komandaya keçməkdə maraqlıdır.
Qeyd edək ki, 19 yaşlı futbolçu “Real”ın heyətində meydana çıxdığı 28 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid,Arda Güler, Futbol, Liqa,Oyunçu, todaypress.az,