“Göztəpə” 49 ildən sonra yarımfinala vəsiqə qazandı

İdman

04.04.2025 10:05

2827

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində “Beşiktaş” İstanbulda  “Göztəpə”ni qəbul edib.   

TodayPress xəbər verir ki, “Beşiktaş Park” qarşılaşması İzmir təmsilçisinin qələbəsi ilə başa çatıb 3:1. 

Ernest Muçinin qolu ilə oyunda hesabı açan “qara qartallar” 36-cı dəqiqədən meydanda azlıqda qalıblar.

Matçın baş hakimi Atilla Karaoğlan “Beşiktaş”ın müdafiəçisi Tayyib Sanuçu qırmızı vərəqə ilə cəzalandırıb.

İzmirlilər say üstünlüyündən maksimum yararlanıblar.

Qonaqlar braziliyalı Romulo Kardozonun het-triki sayəsində İstanbul təmsilçisini məğlub ediblər.   

“Göztəpə” Türkiyə Kubokunun yarımfinal mərhələsində “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Mərhələnin digər qarşılaşması isə “Konyaspor”la “Qalatasaray” arasında baş tutacaq. 

Namiq HUN

tag: Göztəpə,Beşiktaş,Yarımfinal,Vəsiqə,Todaypress.az,