"Global Fıght League"dəki döyüşçülərimizin sayı 3-ə çatdı

İdman

21.01.2025 17:53

Azərbaycanın daha iki MMA döyüşçüsü "Global Fıght League"də çıxış edəcək.   

TodayPress xəbər verir ki, Emin Şərifov və Hamlet Aslanov təşkilatın turnirlərində döyüşəcəklər. 

Təmsilçilərimiz ABŞ-ni təmsil edən "Global Fıght League" ilə müqavilə imzalayıb. 

Nəticədə yeni yaradılan liqada Azərbaycan idmançılarının sayı 3-ə çatıb. 

Qeyd edək ki, Tofiq Musayev də "Global Fıght League"də çıxış edəcək. 

Namiq HUN

tag: Tofiq Musayev ,Emin Şərifov,Hamlet Aslanov,MMA döyüşçüsü,Todaypress.az,