Giorgi Meşvildişvili bürünc medal qazandı
İdman
11.08.2024 10:30
Paris Olimpiadasında sərbəst güləş yarışları davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin üzvü Giorgi Meşvildişvili (125 kq) bürünc medal görüşünə çıxıb.
Pəhləvanımız Polşa güləşçisi Robert Baran üzərində inamlı qələbə qazanıb. Rəqibini 9:3 hesabı ilə məğlub edən Meşvildişvili Paris Olimpiadasının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, bu sərbəst güləş millimizin ilk olimpiya mükafatıdır. Yığmamızın 4 üzvü Paris Olimpiadası ilə erkən vidalaşıb.
Namiq HUN
tag: Paris 2024, Olimpiya Oyunları, todaypress.az,Giorgi Meşvildişvili,bürünc,medal,