Giorgi Mamardaşvili “Liverpul”un formasını geyinəcək
İdman
14.08.2024 14:54
"Liverpul" "Valensiya" klubunun və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili ilə anlaşıb.
TodayPress xəbər verir ki, mersisayd təmsilçisi futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Hazırda Giorginin transferi ilə bağlı “Valensiya” və “Liverpul” klubları arasında danışıqlar davam edir.
Daha əvvəl mersisaydlılar Mamardaşvilinin keçidi üçün 30 milyon avro ödəyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, futbolçunun “Valensiya” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm qapıçı “yarasalar”ın heyətində 32 oyun keçirib. O, bu görüşlərdən 12-də qapısını toxunulmaz saxlayıb, digər oyunlarda isə 34 qol buraxıb.
Transfermarkt portalında Giorgi Mamardaşvilinin dəyəri 45 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Liverpul, Valensiya, Gürcüstan,Giorgi Mamardaşvili , todaypress.az,