Gimnaziadada 2 parabadmintonçumuz qızıl medal qazandı

İdman

07.04.2025 17:40

15

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton yarışlarına start verilib.   

TodayPress xəbər verir ki, Ujiçe turnirində azərbaycanlı paralimpiyaçılardan Zəhra Salmanlı və Əli Məhərrəmov fəxri kürsüyə yüksəliblər. 

Salmanlı startda komanda yoldaşı İlkin Bağırzadəyə qalib gəlib 2:0 (21:6, 21:12). Daha sonra o, braziliyalı rəqibini də 2:0 (21:8,21:16) hesabı ilə məğlub edərək finala yüksəlib.

Zəhra həlledici görüşdə beninli idmançıya 2:0 (21:5, 21:5) hesabı ilə qalib gələrək, qızıl medal qazanıb. 

Əli Məhərrəmov isə ilk mərhələdə Benin parabadmintonçusuna qalib gəlib 2:0 (21:7:21:10).

Növbəti iki görüşdə isə Məhərrəmov braziliyalı idmançılarla yarışıb. Parabadmintonçumuz hər iki rəqibini 2:0 hesabı ilə məğlub edərək multi-idman oyunlarının qızıl medalını qazanıb.   

Namiq HUN

tag: Gimnaziya,parabadminton,Medal,Qələbə,Todaypress.az,