Gimnaziada: Boksçularımızın İdman Oyunlarından qazancı 12 qızıl medal oldu
İdman
29.10.2024 15:30
Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında ermənistanlı idmançıya qalib gələrək qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, o, həlledici görüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qələbə sayəsində boks millisi Manamada qızıl medal sayını açıb.
Artılq Gimnaziadada final görüşləri başa çatıb. Həlledici görüşlərin nəticələrinə əsasən, komandamız aktivinə daha 11 qızıl medal yazdırıb.
Əli Əliyevlə (46 kq) yanaşı, Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Rza Rzayev (70 kq), Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa Valeh Eyvazlı (66 kq), Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) İdman Oyunlarının gümüş mükafatına layiq görülüblər. Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.
Namiq HUN
tag: Boks, Azərbaycan, Gimnazia, Medal, Manama, todaypress.az,