Gimnaziada: Azərbaycan cüdoçusu qızıl medal qazandı
İdman
25.10.2024 18:45
Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan cüdoçularının startı uğurlu alınıb.
TodayPress xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Rüstəmli finalda Azərbaycanın digər təmsilçisi Anar Quliyevlə qarşılaşıb.
Manama turnirində rəqibinə ipponla qalib gələn M.Rüstəmli qızıl, A.Quliyev isə gümüş medala sahib çıxıb.
Milli komandanın digər üzvü Rüstəm Qasımzadə (55 kq) isə İdman Oyunlarının bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan oyunlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur.
Namiq HUN
tag: Azərbaycan,Gimnaziya,Cüdo,Məhəmməd Rüstəmli ,Qızıl Medal,