Gimnastlarımızdan “Scalabis Cup”da uğurlu start

İdman

12.07.2024 13:56

Portuqaliyada batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turniri keçirilir. Santarem turnirinin mükafatçıları arasında Azərbaycan gimnastları da var. 

TodayPress xəbər verir ki, gimnastlarımızdan İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticəyə nail olaraq fəxri kürsüyə yüksəliblər. Onlar “Scalabis cup” turnirinin bürünc medalına  sahib olublar.

Namiq HUN

tag: Portuqaliya,İbrahim Mustafazadə, Əli Niftəliyev, Fərhad Vəliyev, Gimnastlar, todaypress.az,