Gimnastlarımızdan möhtəşəm çıxış - 7 MEDAL
İdman
11.11.2024 17:25
Azərbaycan millisinin üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq yarışının fərdi proqramında yüksək nəticələr göstəriblər.
TodayPress Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Leyla Məmədzadə qızıl (çöxnövçülük, sərbəst hərəkətlər), Dəniz Əliyeva qızıl (çöxnövçülük, gimnastika tiri) və bürünc (sərbəst hərəkətlər), Aynaz Məcidzadə qızıl (gimnastika tiri) və gümüş (çöxnövçülük, sərbəst hərəkətlər), Aytən Məmmədova qızıl (sərbəst hərəkətlər) və bürünc (çöxnövçülük) medal əldə edib.
Qeyd edək ki, "Horizon Cup" noyabrın 8-10-da keçirilib.
tag: Gimnastika, Azərbaycan, Qızıl Medal,Horizon Cup, Saloniki, todaypress.az,