Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar
İdman
14.07.2024 17:26
Azərbaycan gimnastları Portuqaliyada keçirilən “Scalabis Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.
TodayPress xəbər verir ki, komandamızın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq yarışından qazancı 8 medal olub.
Taamblinq yarışında Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb.
Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala sahib çıxıblar.
Batut və ikili mini-batut gimnastikasında Hüseyn Abbasov və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.
Namiq HUN
tag: dünya,idman,milli,komanda,