Gimnastlarımız Dünya kubokunun finalına yüksəldilər

İdman

05.04.2025 14:00

786

İtaliyada batut gimnastikası üzrə Dünya kuboku keçirilir. 

TodayPress xəbər verir ki, Riççione turniri sinxron tullanışlar üzrə qarışıq cütlərin çıxışı ilə başlayıb. 

Təsnifat mərhələsində 46.070 xalla dördüncü yeri tutan Azərbaycan gimnastları Selcan Mahsudova və Əli Niftəliyev dueti finala yüksəlib. 

Hər iki gimnastımız Riccionedə fərdi yarışlarda da bacarıqlarını göstərəcəklər. 

Xatırladaq ki, Dünya kubokunun Bakıda keçirilən birinci mərhələsində gimnastlarımız sinxron tullanışlarda bürünc medal qazanıblar.   

Namiq HUN

tag: Azərbaycan,Batut,Gimnastika,Kubok,Final,Todaypress.az,