Gimnastlarımız Dünya kubokunda iştirak edəcəklər

İdman

11.07.2024 09:00

Azərbaycan gimanstları Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.

TodayPress xəbər verir ki, bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG Dünya kuboku iyulun 12-14-də baş tutacaq.

Yığmamız turnirdə 2 idmançı ilə təmsil olunacaq. Paris-2024 Yay Olimpiadasına lisenziya qazanmış Ağamirova Zöhrə və Zeynalova İlona medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, hakim Hacıyeva Səbinə Dünya kubokunda ədaləti qoruyacaq.

tag: FIG Dünya kuboku, Challenge, Ağamirova Zöhrə, Zeynalova İlona, todaypress.az,