Gimnastlarımız Dünya kubokunda çıxış edəcəklər
Portuqaliya aerobika idmanı üzrə Dünya kubokunun ilk mərhələsinə ev sahibliyi edəcək.
TodayPress xəbər verir ki, Azərbaycanın aerobika yığması Kantanhededa şəhərciyində keçiriləcək yarışda çıxış edəcək.
Komandamızın heyətində qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva yer alıblar.
Aerobika ustaları Dünya kubokunun martın 21-23-də baş tutacaq ilk mərhələsində trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.
Namiq HUN
tag: Azərbaycan,Aerobika,Vladimir Dolmatov,Mədinə Mustafayeva,Todaypress.az,