Gimnastlarımız Dünya kubokunda bürünc medal qazandılar

İdman

07.04.2025 10:35

7

Azərbaycanın batut gimnastikası üzrə yığma komandası İtaliya keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.   

TodayPress xəbər verir ki, Riççione turnirində qarışıq cütlüklərin sinxron tullanma yarışında Selcan Mahsudova və Əli Niftəliyev fəxri kürsüyə yüksəliblər. 

Münsiflər heyəti duetimizin final çıxışını 46.570 xalla qiymətləndirib.   

Qeyd edək ki, bu batut gimnastlarımızın Dünya kubokunda qazandıqları 2-ci medaldır. 

Xatırladaq ki, təmsilçislərimiz Dünya kuboku seriyasının Bakıda keçirilən ilk mərhələsində də bürünc medal qazanıblar.   

Namiq HUN

tag: Gimnastlar, Batut ,İtaliya,Medal,Todaypress.az,