Gimnastlarımız Avropa çempionatında 4 medal qazandılar
Akrobatika üzrə Azərbaycan yığması Lüksemburqda keçirilən Avropa çempionatında medal hesabını açıb.
TodayPress xəbər verir ki, ilk yarış günündə komandamız bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Qarışıq cütlüklərdə temp hərəkətlərində Ağasif Rəhimov və Raziyə Seyidli dueti qitənin ən güclüsü titulunu qoruyaraq çempion olub.
Kişi duetlərin yarışında balans kompozisiyasında Daniel Abbasov və Murad Rəfiyev gümüş qazanıblar.
Kişilərin qrup yarışında isə balans hərəkətlərində Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov kvarteti fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın qrupu da templə hərəkətlərdə üçüncü olub.
Namiq HUN
tag: Azərbaycan,Akrobatika,Medal,Çempionat,Todaypress.az,


