Gimnastlardan Dünya kubokunda gümüş medal
Yaponiyada aerobika üzrə Dünya kubokunun növbəti mərhələsi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycanın Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlüyü Tokio turnirində fəxri kürsiyə yüksəlib.
Dünya çempionatının gümüş mükafatçıları burada da eyni nəticəyə nail olublar.
Hakimlər duetimizin final çıxışını 19.400 xalla qiymətləndiriblər.
Namiq HUN
tag: Gimnast,Vladimir Dolmatov,Mədinə Mustafayeva,Medal,Todaypress.az,