Gimnastlar Plovdivdə qızıl medal qazandılar
Bolqarıstanda keçirilən “Plovdiv Cup Aerobics Open” beynəlxalq turniri Azərbaycan gimnastlarının qələbəsi ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, qarışıq cütlüklərin yarışında Vladimir Dolmatov və Mədinə Mustafayeva dueti turnirin qızıl medalını qazanıb.
Bolqarıstan turniri gimnastlarımız üçün sentyabrın 27-29-da İtaliyada təşkil olunacaq dünya çempionatına hazırlıq mərhələsi kimi dəyərləndirilir.
Namiq HUN
tag: Bolqarıstan, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Turnir ,Hazırlıq Mərhələsi, todaypress.az,