Gimnastımızı qələbədən saatlar ayırır

İdman

24.04.2025 15:15

7

Qətərdə idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsi keçiriləcək.   

TodayPress xəbər verir ki, aprelin 25-də Dohada start götürəcək turnirdə ümumi hesabda seriyanın lideri olan   

Nikita Simonov halqalarla hərəkətlərdə çıxış edəcək.  Azərbaycan gimnastının aktivində 105 xalı var.

Bakı turnirdə qələbə ona 30 xal, Kottbus, Osiek və Antalyada qazandığı gümüş medalların hər biri isə 25 xal qazandırıb. 

Nəticədə ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksələn Simonov ümumi seriyada qalib olmağa yaxındır.

Qeyd edək ki, Dohada Nikita ilə yanaşı, Rəsul Əhmədzadə də çıxış edəcək.

O, sərbəst hərəkətlər, dəstəli at, paralel qollar və turnikdə yarışacaq.   

Namiq HUN

tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,