Gimnastımız Dünya kubokunu buraxacaq
Idman gimnastikası üzrə Azərbaycan yığma komandasının Bakıda keçiriləcək Dünya kuboku üçün heyətində dəyişiklik olub.
TodayPress xəbər verir ki, Nazənin Teymurova zədə səbəbindən Milli Gimnastika Arenasındakı yarışda iştirak edə bilməyəcək.
Qadınların yarışında ölkəmizi Dəniz Əliyeva təmsil edəcək.
O, hər dörd növdə - sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və dayaqla tullanmada mübarizə aparacaq. Kişilərdən ibarət komandanın heyətində Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dayaqla tullanma) və Ramin Dəmirov (halqalar, dayaqla tullanma) çıxış edəcək. Dörd gün davam edəcək yarışın sonunda ən çox xal toplayan gimnastlar ənənəvi "AGF Trophy" kuboku ilə təltif olunacaqlar.
Qeyd edək ki, Dünya kuboku martın 6-dan 9-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Namiq HUN
tag: İdman,Gimnastika, Azərbaycan,Yarış,Todaypress.az,