Gimnastika yığmamızdan rekord nəticə

İdman

10.08.2024 18:30

Bədii gimnastikanın qrup hərəkətləri üzrə Azərbaycan yığma komandası tarixinin rekorduna imza atıb.

TodayPress xəbər verir ki, heyəti Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət “beşlik” Paris Olimpiadasında 5-ci yeri tutub.

Bu, Azərbaycan gimnastlarının Olimpiadalarda qrup hərəkətlərindəki ən yaxşı nəticəsidir.

Qeyd edək ki, qrup hərəkətləri üzrə komandamız 3-cü dəfə Oyunlara qatılıb. Gimnastlarımız 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 7-ci olub. 2020-ci il Tokio Olimpiadasında isə millimiz 10-cu yeri tutub.

Namiq HUN

tag: Bədii gimnastika,Azərbaycan,Paris Olimpiadası, Paris2024, todaypress.az,