Gimnastçılarımız Dünya Kubokunda qızıl medal qazandılar

İdman

24.03.2025 12:20

1657

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar.

TodayPress xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.

Məlumata görə, Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər. Onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

tag: Gimnast,Azərbaycan ,todaypress.az,Dünya kuboku,Qızıl Medal,