Gimnast Faiq Rəcəbov dünyasını dəyişdi - FOTO

İdman

04.01.2025 16:14

1522

Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast Faiq Rəcəbov dünyasını dəyişib.

TodayPress xəbər verir ki, Faiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. Artıq erkən yaşlarında Faiq Rəcəbov gimnastikada uğur qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.

F.Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.

2025-ci il yanvarın 3-də Faiq Əbdül oğlu Rəcəbov vəfat edib. 

Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır. 

Allah  rəhmət  eləsin!

tag: Gimnast ,Faiq Rəcəbov ,Vəfat ,SSRİ ,todaypress.az,

photo