Gi Buşe yol qəzasına düşdü

İdman

31.01.2025 19:30

Rusiyanın Omsk şəhərinin “Avanqard” hokkey klubunun baş məşqçisi Gi Buşe oyuna gedərkən avtomobil qəzasına düşüb. 

TodayPress xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat yayıb.

Qəza Omskun Sol Sahil hissəsində baş verib. İlkin ehtimallara əsasən, Hyundai markalı avtomobil klubun məşqçisini aparan Mercedes avtomobilinə yol verməyib.

Hadisə zamanı Gi Buşe, onun tərcüməçisi Natalya və avtomobilin sürücüsü xəsarət almayıb. Məşqçi dərhal başqa bir avtomobillə “Avanqard”ın Qazaxıstanın “Barıs” komandasını qəbul edəcəyi məkana yola düşüb.

Namiq HUN

tag: Rusiya,Omsk,Avanqard,Gi Buşe,Sol Sahil,todaypress.az,