Gəncəlilərə şad xəbər: Yenidənqurma işlərinə start verildi - RƏSMİ AÇIQLAMA

İdman

19.08.2024 16:10

Gəncə şəhər stadionunun tikintisi üçün müqavilə imzalanıb.

TodayPress xəbər verir ki, Gənclər və İdman Nazirliyinin elan etdiyi “Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin satın alınması” tenderinin qalibi “İnşaatçı 3” MMC olub.

İşlərin icrası ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətdən layihənin artıq başladığı bildirildi. 15 min tamaşaçı tutumuna malik olan Gəncə şəhər stadionunda yenidənqurma işləri 25 aprel 2025-ci il tarixinədək başa çatdırılacaq.    

Şirkətlə 15 milyon 84 min 799 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.

Namiq HUN

tag: Gəncə, Azərbaycan, Stadion, Prezident, İlham Əliyev,todaypress.az,