“Gəncə” klubunda nə baş verir?
İdman
04.09.2024 11:18
Azərbaycan Basketbol Liqasında çıxış edən “Gəncə” klubunda kütləvi ayrılıqlar yaşanıb.
TodayPress xəbər verir ki, klub 6 basketbolçusu ilə vidalaşıb.
Bölgə təmsilçisi Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinqlə yollarını ayırıb.
Qeyd edək ki, daha əvvəl türkiyəli baş məşqçi Bedri Meriç “Gəncə” klubundan ayrılıb. Mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək, “Gəncə” 2023/2024 mövsümünü 9-cu pillədə başa vuraraq, pley-offdan kənarda qalıb.
Namiq HUN
tag: Azərbaycan, Basketbol, Filds, Türkiyə, bedri Meriç, Gəncə Klubu, todaypress.az,