"Gəncə" klubu Halil Atlı ilə anlaşdı

İdman

04.09.2024 16:30

"Gəncə" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

TodayPress xəbər verir ki, bölgə təmsilçisini türkiyəli mütəxəssis Halil Atlıya çalışdıracaq.

37 yaşlı məşqçi daha əvvəl Türkiyə yığmasının aşağı yaş qruplarından ibarət millilərində fəaliyyət göstərib.

H.Atlı bu vəzifədə klubdan ayrılan Bedri Meriçi əvəzləyib.

“Gəncə” basketbol klubundan ayrılan türkiyəli mütəxəssis “Şəki” klubunu çalışdıracaq. O, bu postda nigeriyalı Aleksander Uconu əvəzləyib.

Qeyd edək, “Şəki” 2023/2024 mövsümündə 18 matçda yalnız 1 qələbə qazanıb.

Namiq HUN

tag: Bedri Meriçi, Şəki Klubu, Gəncə, Basketbol, Türkiyə ,Halil Atlı, todaypress.az,