“Gəncə” klubu amerikalı voleybolçunu transfer etdi
“Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.
Klubdan TodayPress-ə verilən məlumata görə, "sarı-göylər" ABŞ-dan olan oyunçu Aayinde Smiti transfer edib.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu son olaraq ölkəsində “Ball State University” komandasında çıxış edib.
tag: Gəncə, Klub ,ABŞ, Komanda , todaypress.az,