“Gəncə” 1/4 finalda “Sərhədçi” ilə qarşılaşacaq
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir görüşü baş tutub.
TodayPress xəbər verir ki, ikinci oyun günündə “Gəncə” “Ordu” komandası ilə qarşılaşıb.
Görüş “Gəncə” klubunun 81:62 hesablı qələbəsi ilə yekunlaşıb.
Qərb təmsilçisi 1/4 finalda “Sərhədçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Abşeron” “Quba”nı (96:94), NTD isə “Lənkəran”ı (87:73) məğlub edib.
“Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
Namiq HUN
tag: Basketbol,Kubok,Gəncə,Ordu,Todaypress.az,