Gənc İbrahimoviç “Milan”ı seçdi

İdman

18.07.2024 16:00

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç “Milan” klubu ilə peşəkar müqavilə bağlayıb.

TodayPress xəbər verir ki, anlaşmaya əsasən, hücumçu yeni mövsümdə C Seriyasında yarışan “Milan Futuro” kollektivinin formasını geyinəcək.

Qeyd edək ki, ötən mövsüm “Milan”ın gənclər komandasında yer alan 18 yaşlı futbolçu 29 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: İsveç, Milan, Komanda, Futbolçu,Maksimilian İbrahimoviç, todaypress.az,