Gənc cüdoçuların Avstriya uğuru

İdman

08.06.2024 17:52

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin Avstriyanın Qrats şəhərində keçirilən Avropa Kubokunda çıxışı uğurla başa çatıb. 

TodayPress xəbər verir ki, turnirdə 3 qızıl və 1 bürünc medal qazanan komandamız birinci olub. Milli Avropa Kubokunda eyni göstəriciyə nail olan Yaponiya komandasını yarışda 5-ci və 7-ci yerləri tutan cüdoçu sayında üstələyib. 

Qeyd edək ki, gənc cüdoçulardan ibarət milli avqustda Berlində keçiriləcək növbəti Avropa Kubokunda iştirak edəcək. 

Namiq HUN

tag: Cüdo, Avstriya, Qrats, Kubok, todaypress.az,