Gənc badmintonçularımızdan tarixi nəticə
İdman
27.01.2025 09:56
Gənc badmintonçularımız İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə fərqləniblər.
TodayPress xəbər verir ki, Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək badmintonçuların beynəlxalq turnirində qoşa yarışda qızıl medala layiq görülüb.
Mübarizəyə 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.
Ülvi Hüseynov - Əmirxan İmanov tandemi isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medalla kifayətlənib.
Namiq HUN
tag: İran,Simnan,İdman,Badmintonçular,Leyla Camalzadə,Həcər Nuriyeva,Todaypress.az,