Gənc badmintonçularımız tarix yazdılar
Azərbaycan badmintonu tarixində ilk dəfə iki gənc idmançımız dünyanın 100 güclü badmintonçusu sırasında yer alıb.
TodayPress xəbər verir ki, bu barədə Dünya Badminton Federasiyası (BWF) məlumat yayıb.
Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc badmintonçumuz Ülvi Hüseynov reytinq sıralamasında 63-cü yerə yüksəlib. O, son olaraq İranda və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə yüksəldib.
Digər gənc badmintonçumuz Həcər Nuriyeva isə 2023 və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. O, bu il İranda keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.
Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.
Namiq HUN
tag: Badminton,İdman,Azərbaycan,Reytinq,Todaypress.az,
