Gənc atletimiz rekorda imza atdı

İdman

28.01.2025 00:11

Gənc atlet İlahə Quliyeva Azərbaycan rekorduna imza atıb.

TodayPress xəbər verir ki, idmançımız atletika üzrə Bakı qış çempionatında fərqlənib.

O, 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib.

Qeyd edək ki, İlahə finişə 56.50 saniyəyə çatıb.

 

tag: Atlet, Rekord, Azərbayycan, Atletka, İlahə Quliyeva, todaypress.az,